Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa Qurultayı Qarabağ Zəfərinin ən parlaq səhifəsidir

0

  •        Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. O, Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inkişaf etməsinə öz töhfəsini vermişdir. Onun apardığı daxili və xarici siyasət Azərbaycanın milli maraqlarına uyğun yönəlmişdir.     İlham Əliyev ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirərək ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır.       Bunun bariz nümunəsi 24 aprel 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlıların V Qurultayı, Zəfər Qurultayının keçirilməsidir. Bu qurultayda 65 ölkədən 400-ə yaxın adam iştirak etmişdir. Bu qurultayın Azərbaycanın mədəniyyət mərkəzi olan şəhərində-Şuşada keçirilməsinin tarixi əhəmiyyəti böyükdür. Qarabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Şuşa şəhəri qurulduğu dövrdən təhsil, elm, mədəniyyət mərkəzi olmuşdur. Azərbaycanın musiqi beşiyi olan Şuşada Dünya Azərbaycanlıların bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətində qarşısına yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün yol xəritəsi müəyyənləşdirilib, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verilib.      Prezident İlham Əliyevin qurultayda dərin, məzmunlu nitqində erməni işğalı zamanı Şuşada törədilən dağıntılardan bəhs etmiş və bildirmişdir ki,nhazırda şəhərin yenidən dirçəlişi istiqamətində çox geniş miqyaslı işlər görülməkdədir. Prezident qeyd etmişdir ki,bu gün Azərbaycan yeni dövrə qədəm qoymuşdur. 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirlər söylənmişdir. Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulamış, məğlub olmuş Ermənistanın ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağı, Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq etmişdir.       Prezident İlham Əliyev çıxışında 44 günlük müharibədə Gürcüstanda yaşayan soydaşlarımızın göstərdikləri xidmətlərini yüksək qiymətləndirdiyini nəzərəçatdırmışdır. Prezidentimiz çıxışında deyir ki, "Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günə yaxınlaşmaq dayanırdı. Biz buna var gücümüzlə nail olduq". Məhz buna görə də ordu quruculuğunun sürətlə aparıldığını, müasir ordu yaratdığını bildirib. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, böyük xalqdır və heç vaxt işğalla barışmayacaqdır. Prezident İlham Əliyev nitqində Minsk qrupunun fəaliyyətini tənqid etmiş, bildirmişdir ki, bu qrup məsələni həll etməyə yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Prezident nitqini qurultay iştirakçıları ilə birlikdə müharibənin simvoluna çevrilən Qarabağ Azərbaycandır! şüarı ilə bitirmişdir.       Biz xocalılar əminik ki, tezliklə Xocalı, sən azadsan şüarı da səslənəcək. Xocalıda da Zəfər tədbirlərini keçirəcəyik.Xalidə Əmraslanova, Xocalı rayon ziyalısı, əməkdar müəllim
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib49 dəfə
    Şuşa Qurultayı Qarabağ Zəfərinin ən parlaq səhifəsidir

    Maraqlı gələ bilər
    58